Nigeriyada bina çökdü: ölən və yaralananlar var

Nigeriyada bina çökdü: ölən və yaralananlar var

Afrikanın ən sıx məskunlaşmanın mövcud olduğu Nigeriyada hündürmərtəbəli bina uçub. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərində uçan 21 mərtəbəli binanın dağıntıları altından ən azı 6 cəsəd çıxarılıb, 100 nəfər isə itkin düşüb.

Ölkənin ticarət şəhəri olan Laqosda tikintisi davam edən binanın yerlə-yeksan olmasından sonra hadisə yerinə çoxlu sayda xilasetmə qrupu gəlib.