Yunanıstanın Bolukendire adasının cənubunda miqrantların olduğu qayıq batıb. yeniazerbaycan.com Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada mühacirlərin olduğu qayığın Bolukendire adasının cənubunda batdığı bildirilib. İlkin məlumata görə, qayıqda 32 nəfərin olduğu bildirilib. Ancaq sağ qalanlardan biri qayıqda 50 nəfərin olduğunu deyib. Yunanıstan Sahil Mühafizəsi 12 nəfərin xilas edildiyini açıqlayıb.
Qayıqda olanların əksəriyyətinin İraq və Suriyadan olan mühacirlər olduğu da qeyd edilib. Açıqlamada, həmçinin helikopter və qayıqlarla axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.