Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.
V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.