Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Belarus-Ukrayna sərhədində olacaq.
Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya və Ukrayna nümayəndələri heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində Pripyat çayının yaxınlığında görüşəcək.