Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə AES-in mətbuat xidmətinin nüamayəndəsi Andrey Tuz özünün "Telegram" kanalında xəbər verib.
"Atom elektrik stansiyasında yanğın", - deyə o yazıb.
Səhərə yaxın Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojjya AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Enerqodar şəhərindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.