Nensi Pelosinin təyyarəsi Tayvana enib

Nensi Pelosinin təyyarəsi Tayvana enib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə Tayvana enib.

Trend-in CNN telekanalına istinadən verdiyi məlumata görə, N.Pelosinin xüsusi reysi Taybeyin Sunşan hava limanına eniş edib.

Xatırladaq ki, iyulun 31-də Pelosi Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfərləri əhatə edən Asiya turuna başlayıb.

Rəsmi Pekin N.Pelosinin Tayvana səfər edəcəyi təqdirdə sərt reaksiya verəcəyini açıqlayıb. Məlumata görə, artıq Çin Tayvan istiqamətinə qırıcılar göndərib.