Ukraynadan taxıl yüklü daha 5 gəmi yola çıxıb

Ukraynadan taxıl yüklü daha 5 gəmi yola çıxıb

Taxıl daşınması planlaşdırıldığı kimi davam edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında daha 5 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb.