Ukrayna Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb

Ukrayna Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrin parlamentlərinə Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb.

O, bu barədə tviter səhifəsində paylaşım edib.

D.Kuleba dünya parlamentlərini SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırım kimi tanımasını istəyib.

Xatırladaq ki, 1932-1933-cü illərdə Ukraynanın Kuban əyalətində süni qıtlıq yaranmışdı. Hadisə nəticəsində 8 milyondan çox insan ölmüşdü.