Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrin parlamentlərinə Qolodomor faciəsini soyqırım kimi tanımağa çağırıb.
O, bu barədə tviter səhifəsində paylaşım edib.
D.Kuleba dünya parlamentlərini SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırım kimi tanımasını istəyib.
Xatırladaq ki, 1932-1933-cü illərdə Ukraynanın Kuban əyalətində süni qıtlıq yaranmışdı. Hadisə nəticəsində 8 milyondan çox insan ölmüşdü.