Sudanda toqquşmalar nəticəsində ölən mülki şəxslərin sayı 833 olub

Sudanda toqquşmalar nəticəsində ölən mülki şəxslərin sayı 833 olub

Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) arasında toqquşmalar nəticəsində ölən mülki şəxslərin sayı 833-ə çatıb.

TASS xəbər verir ki, bu barədə Sudan həkimlər komitəsi məlumat yayıb.

Yaralananların sayının 3329 nəfər olduğu vurğulanıb.

BMT-nin mayın 14-ə olan məlumatına əsasən, Sudanda toqquşma nəticəsində 676 mülki vətəndaş ölüb, 5575 nəfər yaralanıb.