Tayvanda yanğın: 9 nəfər ölüb, 44 nəfər yaralanıb

Tayvanda yanğın: 9 nəfər ölüb, 44 nəfər yaralanıb

Tayvanın cənubundakı Kaoşionq şəhərində 13 mərtəbəli binada baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 44 nəfər yaralanıb. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, şəhərin Yançinq rayonunda ofis və iş yerləri yerləşən13 mərtəbəli bir binada yerli vaxtla 02: 54-də yanğın baş verib.

Yanğınsöndürmə komandaları yanğın söndürüldükdən sonra daxil olduqları binada 9 nəfərin cansız cəsədini tapıblar. Yanğın nəticəsində yaralanan 44 nəfər xəstəxanaya yerləşdirilib.

Səlahiyyətli orqanlar yanğının birinci mərtəbədə başladığını və bütün binaya yayıldığını, yaşayış məzillərinin də yerləşdiyi binanın 7 və 11-ci mərtəbələrində sağ qalanların ola biləcəyini bildiriblər. Bu səbəbdən yanğında həyatını itirənlərin sayının arta biləcəyi açıqlanıb.