Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı xəbərə görə, “Boko Haram” təşkilatının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində hərbi karvana hücum ediblər. Terror təşkilatının budəfəki hücumu nəticəsində ən azı 12 əsgər həlak olub. Yerli mətbuata istinadən yayılan məlumata görə, yaraqlıların Mayduquri-Muqono magistral avtomobil yolunda silah daşıyan hərbi karvana hücumu nəticəsində silahla dolu üç yük maşını terrorçuların əlinə keçib.
Xatırladaq ki, “Boko Haram” qruplaşması 2000-ci illərin əvvəllərindən Afrika ölkələrində fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan terror təşkilatının qurbanı olub. Eyni zamanda, bu qruplaşma 2015-ci ildən Kamerun, Çad və Nigerdə hücumlar təşkil edir. Belə ki, “Boko Haram”ın Çad gölü bölgəsində təşkil etdiyi hücumlar nəticəsində ən az iki min adam ölüb.