Türkiyə, İtaliya və Fransa birgə “Eurosam” sistemləri istehsal edə bilər

Türkiyə, İtaliya və Fransa birgə “Eurosam” sistemləri istehsal edə bilər

Türkiyə, İtaliya və Fransa hava hücumundan müdafiə sistemləri olan “Eurosam”ları Türkiyədə birgə istehsal etmək mövzusunda danışıqlar aparır. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, bu mövzunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransız və İtalyan həmkarları ilə müzakirə edib.