Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 12%-dən 10,5%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il sentyabrın 22-də keçirilmiş iclasında 13%-dən 12%-ə endirmişdi.