Türkiyə Prezidenti İsveçə xəbərdarlıq edib: NATO-ya üzv olmasına "hə" deməyəcəyik

Türkiyə Prezidenti İsveçə xəbərdarlıq edib: NATO-ya üzv olmasına "hə" deməyəcəyik

“İsveç, boş yerə çabalama. Sən mənim müqəddəs kitabının yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir.

“Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - Ərdoğan qeyd edib.