Türkiyənin Afyonkarahisar vilayətində məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. yeniazerbaycan.com “Doğan” xəbər agentliyinə istindən məlumat verir ki, qəza zamanı 5 şagird həlak olub, 4-ü ağır olmaqla, 5 şagird də yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Afyonkarahisarın müxtəlif xəstəxanalarına aparılıb.
Qeyd edək ki, qəza yerli vaxtla saat 10:00 radələrində Afyonkarahisarın İscehisar rayonunun Çatağıl kəndi yaxınlığında baş verib. İbtidai sinif şagirdlərini daşıyan mokroavtobus yol kənarındakı ağaclara çırpılıb.