Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O, ölkədəki son durumu açıqlayıb.
“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir”, - o qeyd edib.