Ukrayna raket zərbələri nəticəsində ölənlərin olduğunu açıqlayıb

Ukrayna raket zərbələri nəticəsində ölənlərin olduğunu açıqlayıb

Ukrayna ərazisinə endirilən raket zərbələri nəticəsində həlak olanlar var.

Trend-in məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Qeyd olunur ki, Brovarı şəhərinə endirilən zərbə nəticəsində azı bir nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Eyni zamanda, Mariupol şəhərində bir nəfər, Podolskda 6 nəfər həlak oub. Ümumilikdə 9 nəfər yaralanıb. 19 nəfərin isə itkin düşdüyü bildirilir.