Yaponiyada faciə: klinikada baş verən yanğında 19 nəfər öldü -YENİLƏNİB

Yaponiyada faciə: klinikada baş verən yanğında 19 nəfər öldü -YENİLƏNİB

Yaponiyanın Osaka şəhərində güclü yanğın baş verib. yeniazerbaycan.com Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Osaka şəhərinin Kitaşinçi rayonunda Yaponiya Dəmir Yolları Osaka Stansiyasının yaxınlığında 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən  klinikada baş verən yanğında 19 nəfər ölüb.

Dövlət yanğınsöndürmə idarəsinin məlumatına görə, təxminən 20 kvadratmetr ərazini əhatə edən yanğın yerli vaxtla saat 10:45 radələrində söndürülüb.

Yanğın zamanı 17 kişi və 10 qadın olmaqla 28 nəfər ağır xəsarət alıb. Yaralılardan 27-si qəfil ürək dayanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.