Yeni Zelandiyanın Baş naziri postunu hazırda təhsil və polis naziri vəzifəsində çalışan 44 yaşlı Kris Hipkins tutacaq.
Associated Press agentliyi xəbər verir ki, Kris Hipkins bu posta yeganə namizəddir. O, yanvarın 22-də keçirilən səsvermədə Leyborist partiyasının dəstəyini qazanmalıdır. İcmalçıların sözlərinə görə, səsvermə yalnız formal xarakter daşıyır.
2017-ci ildə Yeni Zelandiyanın Nazirlər Kabinetinə rəhbərlik edən Casinda Ardern bu həftə istefaya gedəcəyini açıqlayıb.