Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə danışıqlar masasına oturmağı təklif edib.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti videomüraciətində deyib.
"Bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün".