Prezident İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb

Prezident İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirilib və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib.