Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dünən Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Abdullah Gül bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyildir.
Dövlətimizin başçısı bu mövqeyə görə minnətdarlığını bildirib.