Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri xanım Tina Kaydanovu qəbul edib. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.