Prezident İlham Əliyev Belarus Respublikasının Milli Dövlət Teleradio şirkətinin müxbirinə müsahibə verib

Prezident İlham Əliyev Belarus Respublikasının Milli Dövlət Teleradio şirkətinin müxbirinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Belarus Respublikasının Milli Dövlət Teleradio Şirkətinin müxbirinə müsahibə verib. Dövlətimizin başçısı Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işlər, Azərbaycan-Belarus iqtisadi əlaqələri, ölkəmizin qeyri-neft sektorunda əldə etdiyi uğurlar və digər məsələlərlə bağlı suallara cavab verib.