Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici işlər naziri Riyad Əl-Malki Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. O, Fələstin Muxtariyyəti rəhbərliyinin Azərbaycanda səfirliyin açılması barədə qərar qəbul etdiyini bildirib. Görüşdə münasibətlərimizin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Muxtariyyətinin rəhbərinə çatdırmağı xahiş edib.