Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dövlətimizin başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin  inkişaf etdiyini vurğulayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin  inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib.
Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur.  O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu vurğulayıb.