Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.
Ekmələddin İhsanoğlu yenidən Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Bakıda keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” beynəlxalq konfransının əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı bu mövzu ilə bağlı ölkəmizdə mütəmadi olaraq mötəbər konfransların keçirilməsinin önəmini qeyd edib. Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.