Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyənin dövlət naziri Hayati Yazıcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, iqtisadi əlaqələr, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.