Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın etimadnaməsini qəbul edib
AzərTAc: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın etimadnaməsini qəbul edib. Roland Kobia fəxri qarovul dəstəsinin qarşısından keçib. O, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.