Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bir sıra digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.