AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə “LUKoil” ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın və bu şirkətin ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyətinin olduğu vurğulanıb. Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə “LUKoil” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.