AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşüb.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirilib. Qeyd olunub ki, RWE şirkəti Azərbaycan ilə enerji sahəsində səmərəli əməkdaşlıq qurub.
Energetika sahəsində əlaqələrin önəminin qeyd olunduğu görüşdə RWE şirkətinin Azərbaycan və bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduğu bildirilib.