Prezident İlham Əliyev Fransa Senatının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa Senatının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransa Senatının nümayəndə heyətini qəbul edib.
Görüşdə Fransa Senatı nümayəndə heyətinin ölkəmizə səfərinin münasibətlərimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmlənməsində önəmi qeyd olunub, bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.