Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul edib. Dövlətimizin başçısı Hamad Kalkaba Malboumu Beynəlxalq Hərbi İdman Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.