Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb
Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb. Mehriban xanım Əliyeva YUNİSEF ilə birgə həyata keçirilən layihələrin uğurla icra olunduğunu bildirib.
Birgə əməkdaşlıq çərçivəsində ana südü ilə qidalanma və anemiyanın profilaktikası, həmçinin, məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı həyata keçirilən layihələrin davamını müsbət qiymətləndirib.
Görüşdə yaxın gələcəkdə bu mövzuda keçiriləcək beynəlxalq konfransa hazırlıq və təklif olunan digər layihələr müzakirə olunub.