Prezident İlham Əliyev Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul edib. Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun önəmi qeyd olunub.