Şamaxı-Ağsu sərhədində zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

Bu gün Şamaxı-Ağsu sərhədində saat 20:24-də zəlzələ qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yer səthindən 18 kilometr dərinlikdə qeydə alınan zəlzələnin maqnitudası 4,3 olub.

Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda 3 bala qədər hiss olunub.