“Abşeron” daha bir rusiyalı voleybolçu ilə müqavilə bağlayıb

“Abşeron” daha bir rusiyalı voleybolçu ilə müqavilə bağlayıb

“Abşeron” komandası daha bir voleybolçunun keçidini rəsmiləşdirib.

Klubun mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, rusiyalı libero Yelizaveta Tyamuşeva 2024/2025-ci illər mövsümündə komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Abşeron” daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova, Anastasiya Mertsalova, Şerilin Başoru və Natalya Solovyova ilə anlaşıb.