Airbadminton üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib

Airbadminton üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib

Avropa Oyunları Parkında airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Bolqarıstan seçməsinə 60:43 hesabı ilə qalib gələn yığmamız finala yüksəlib.

Komanda həlledici qarşılaşmada Almaniya kollektivi ilə qarşılaşacaq. Final görüşü bu gün saat 20:30-da başlayacaq.