Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə dünya və ya Avropa çempionatı Bakıda təşkil oluna bilər.

"Report"un məlumatına görə, məsələ ilə əlaqədar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov ilə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rolland arasında İsveçrənin Lozanna şəhərində keçirilmiş görüşdə fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə işlərin davam etdirilməsinə dair razılığa gəliblər.

FISA-nın mənzil-qərargahında baş tutan görüşdə Azərbaycanda avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib.