Azərbaycan gimnastı Slovakiya millisinin üzvlərinə təlim keçib

Azərbaycan gimnastı Slovakiya millisinin üzvlərinə təlim keçib

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvü və məşqçisi Ağasif Rəhimov Slovakiya Gimnastika Federasiyasının təşəbbüsü ilə Slovakiyaya dəvət olunub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, o, Slovakiya milli komandasının gimnastları üçün təlimlər keçib.

Təlimlər 6 günü əhatə edib.