Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Millimiz Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.