Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən erilən məlumata görə, paraatletika üzrə Azərbaycan millisinin üzvü Rüfət Rəfiyev Oyunlarda iştirak edəcək.
MPK tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib. O, nüvə itələmə növündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.