Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib

Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.

Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.

Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.