Bu gün FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşəcək. “Yeni Azərbaycan” xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunacaq mərasimdə ən yaxşı adına Lionel Messi (PSJ), Robert Levandovski (“Bavariya”) və Məhəmməd Salah (“Liverpul”) namizəddir.
2021-ci ilin ən yaxşı baş məşqçisi adına Roberto Mançini (İtaliya yığması), Xosep Qvardiola (“Mançester Siti”) və Tomas Tuxel (“Çelsi”) iddialıdır.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq tədbirdə ilin ən yaxşı qolu, azarkeşi, “fair play” mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəmzi komandası təqdim ediləcək.