Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində qızıl medal qazanıb. 87 kq-da yer alan idmançı finalda gürcüstanlı Zurabi Datunaşvilini 6:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan başqa, təmsilçilərimiz Beka Kandelaki gümüş, Taleh Məmmədov isə bürünc medalı qazanıblar.