İslamiada: Azərbaycan növbəti medalı təmin edib

İslamiada: Azərbaycan növbəti medalı təmin edib

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalı qazanıb.

"Report"un məlumatına görə, qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlməklə, ən azı "bürünc"ü təmin edib.

67 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Feruza Yergeşova qalib gəlib.