Məsut Özil "Zirə" komandasının qonağı olub

Məsut Özil "Zirə" komandasının qonağı olub

Azərbaycana səfərə gələn Almaniya millisinin və İspaniya “Real Madrid”in sabiq futbolçusu Məsut Özil "Zirə"nin qonağı olub.

AZƏRTAC xəbər verir ki, veteran yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandasının üzvləri ilə görüşüb və onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, Məsut Özil karyerası ərzində "Real Madrid"lə yanaşı, İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbağça" komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.