"Neftçi" Ramil Şeydayevi transfer edib

"Neftçi" Ramil Şeydayevi transfer edib

"Neftçi" yeni transferini açıqlayıb.

Klubun mətbuat xidməti xəbər verir ki, Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

Hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, milli üzvünün son klubu Türkiyənin II Liqa təmsilçisi "Kocaelispor" olub.